Əməkdar artistdən təsirli çağırış: “Xadimə də olaram…”
Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrında işlə təmin olunmaq üçün sosial şəbəkədə prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya video-müraciət ünvanlayıb.
Mövzu ilə bağlı Adalet.az-a danışan əməkdar artist Mehriban Xanlarova qeyd edib ki, ona alterantiv olaraq heç bir dövlət teatrında iş təklif olunmayıb:
“İlk olaraq onu deyim ki, mən latınca yaza bilmirəm. Teatrda mənim qarşıma hazır ərizə qoydular ki, bunu imzala. Yəni öz xahişimlə məni işdən çıxarıblar. Lakin işdən çıxarılandan 15 gün sonra, yenidən işə qaytarılmağım üçün teatr rəhbərliyinə və Mədəniyyət nazirliyinə müraciət etsəm də, “yox” cavabı aldım. İşə bərpa olunmadım.
Mən illərdir bu səhnədə zəhmət çəkmişəm, səhnənin tozun udmuşam. Mən doğma teatrıma qayıtmaq istəyirəm. Bu mənim haqqımdır.
Deyirlər ki, hal-hazırda teatrda aktrisa kimi “ştat yoxdur”. Razıyam ki, məni ora xadimə olaraq işə götürsünlər. Məni qərəzli şəkilə işə bərpa etmirlər.
Guya mənə yüksək vəzifə verilib, amma qəbul etməmişəm. Sizcə bu, nə dərəcədə inandırıcıdır? Kimə vəzifə veriləndə imtina edər? Əlbəttə, heç kəs imtina etməz.
Mən işləməsəm, ailəm acından divarları yeyəcək. Niyə mənim səsim Mədəniyyət nazirliyinə çatmır? Yaxud da çatır, sadəcə eşidilmir… Bilmirəm, çox çarəsizəm. Məcbur vəziyyətdə qalıb, möhtərəm prezident İlham Əliyev cənablarına müraciət etmişəm. İnanıram ki, Ali Baş Komandan səsimi eşidəcək. Ona çox güvənirəm. Yalnız prezident İlham Əliyev bu haqsızlığa sona qoya bilər.
Mən artıq vəsiyyət etmişəm. Öləndə məni Akademik Milli Dram Teatrının pilləkanlarından götürsünlər. Bilirəm ki, tabutumu teatrın səhnəsinə buraxmayacaqlar, ona görə pilləkanlardan məni dəfnə aparsınlar.
Mən bir otaqlı evdə yaşayıram, ancaq heç vaxt bundan narazılıq etməmişəm. Ailəmi halal qazancımla dolandırmışam. Mənim 92 yaşlı anamın səsini də eşidən yoxdur. Artıq anam da mənimlə birgə fəryad edir. Heç olmasa anamın fəryadına cavab verilməsini istəyirəm”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
10 Avqust 2026 09:05
Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
05 Avqust 2026 13:28
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
05 Avqust 2026 13:15
AĞDAM TOYU - RƏMİŞ YANĞISI - VİDEO
05 Avqust 2026 12:09
OQTAY KAZIMİ: İLK bəstəkarım
05 Avqust 2026 11:43
“Həmin məscidlərin hamısı rus-erməni işğalı zamanı məhv edilib”
30 Iyul 2026 18:07
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - Anar Ələkbərov
30 Iyul 2026 10:10
Zəka Vilayətoğlu: "Dənizə Yağan Yağış" - VİDEO
29 Iyul 2026 15:11


Bakı -°C

