adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 07:43
92
DÜNYA
A- A+

Çində 5,2 maqnitudada zəlzələ olub

Çinin şimalında, Çinhay əyalətində 5,2 maqnitudada zəlzələ baş verib.

Adalet.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 186 000 əhalisi olan Dunhuan şəhərindən 269 kilometr cənub-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilməyib.