Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO
Layihədə 16 mərtəbədən ibarət olan yaşayış binasına sonradan bir mərtəbə də artırılıb...17-ci mətəbədəki mənzildən axan su vətəndaşın 3 otaqlı mənzilinin tavanını və döşəməsini sıradan çıxarıb...
Adalet.az xəbər verir ki, bu iddia ilə "Xəzər tv"nin qaynar xəttinə paytaxtın Xətai rayonunda "Səfalı" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin sakini İlhamə Əliyeva müraciət edib. O bildirib ki, Məhəmməd Hadi küçəsi 58A ünvanında, 492 nömrəli mənzilini əsaslı təmir etdirməsinə baxmayaraq, evində bir gün belə rahat yaşaya bilməyib:
İlhamə Əliyeva iddia edir ki, MTK binanın mansard mərtəbəsini başqa bir vətəndaşa satdıqdan sonra onun 16-cı mərtəbədə yerləşən 3 otaqlı mənzilində təkcə mətbəx deyil, demək olar ki, bütün otaqlar yararsız vəziyyətə düşüb. İlhamə Əliyeva hazırda çıxılmaz vəziyyətdə qaldığını bildirir:
Onun sözlərinə görə, hazırda nə MTK, nə də 17-ci mərtəbədə yaşayan qonşu yaranmış problemin həlli üçün hər hansı addım atır və ya onun müraciətlərinə məhəl qoyur:
İlhamə Əliyeva deyir ki, yaşayış kompleksinin komendantı Fuad Həsənov mənzilə baxış keçirsə də, baş verənlərlə bağlı akt tərtib etməyib. Bu səbəbdən vətəndaşın məhkəməyə müraciət etməsi də çətinləşib. İddialarına aydınlıq gətirmək üçün yaşayış kompleksinin komendantı Fuad Həsənovla əlaqə saxladıq:
Çıxılmaz vəziyyətdə qalan vətəndaş bildirir ki, bundan sonra aidiyyəti dövlət qurumlarına təkcə yuxarı mərtəbədə yaşayan qonşusu ilə bağlı deyil, mənzili aldığı tikinti şirkəti barədə də müraciət edəcək.
Digər Xəbərlər
01 Iyul 2026 11:56
Bəzi yerlərə leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA
01 Iyul 2026 10:52
Taxılımız sahədə biçilməmiş qalıb...
01 Iyul 2026 10:14
Leyla Əliyeva Məhəmməd Füzuli adına parkdakı işlərlə tanış oldu - FOTOLAR
01 Iyul 2026 09:49
Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR
01 Iyul 2026 09:21
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
30 Iyun 2026 18:21
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - FOTOLAR
30 Iyun 2026 13:58
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTOLAR
30 Iyun 2026 13:03


Bakı -°C

