Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq
“İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Mehriban Əliyeva çıxışında vurğulayıb ki, süni intellekt artıq gələcəyin yox, bu günün əsas inkişaf amilidir. Eyni zamanda dövlətlərin təhlükəsizliyinin təmin edilməsində onun rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Ölkələr kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıdır. XXI əsrdə kibertəhlükəsizlik artıq texniki bir ixtisas sahəsi olmaqdan çıxıb, dövlətlərin suverenliyinin, iqtisadi sabitliyinin və hətta fiziki təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, müasir kibertəhlükəsizlik anlayışının formalaşmasında dönüş nöqtəsi 2007-ci ilin aprelində Estoniyada baş verdi:
“Tallindəki sovet dövrü abidəsinin köçürülməsi qərarından dərhal sonra ölkənin dövlət qurumlarının, bankların, telekommunikasiya şirkətlərinin və media orqanlarının internet saytlarına qarşı koordinasiyalı kütləvi hücumlar başladı. Bu hücumlar demək olar ki, bir ay davam etdi, ölkənin rəsmi internet infrastrukturunu iflic vəziyyətinə saldı. Müşahidəçilər bunu kibermücadilədə ilk müharibə adlandırdılar. Proses həlledici idi, çünki ilk dəfə olaraq sübut etdi ki, bir dövlət ənənəvi silah işlətmədən, sadəcə rəqəmsal hücumla başqa bir dövlətin gündəlik fəaliyyətini — bank əməliyyatlarından tutmuş dövlət xidmətlərinə qədər — tamamilə dayandıra bilər. Estoniya hadisəsindən sonra NATO Tallində Kiber Müdafiə Mükəmməllik Mərkəzini yaratdı. Rəqəmsal infrastruktur artıq dövlətin gündəlik fəaliyyət qabiliyyətinin əsasıdır və bu əsas hücuma açıqdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Iyul 2026 13:08
Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı
01 Iyul 2026 13:01
Hərbi xidmətə çağırış BAŞLADI
01 Iyul 2026 12:46
Bu gündən “BakıKart”ın qiyməti 3 manat oldu
01 Iyul 2026 11:45
"Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov
30 Iyun 2026 18:30
Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına CAVAB
30 Iyun 2026 17:49
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun 2026 17:12
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
30 Iyun 2026 16:35


Bakı -°C

