Sahibkarlara yeni dəstək: Depozit hesabına sosial köçürmələr mümkün olacaq
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.
Adalet.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni dəyişikliklərin qəbulu neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanı yaradacaq.
"Bu dəyişikliklər sahibkarların depozit hesabından istifadə imkanlarını genişləndirəcək. Yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək. Belə ki, bir sıra hallarda sahibkarın depozit hesabında vəsaiti olsa da belə ondan sosial ödənişlər üçün istifadə edə bilmirdi.
Nəticədə, sahibkarın passiv vəsaitinin olmasına baxmayaraq digər resurslarını sosial ödənişlərə yönəltməli olurdu. Bu isə vəsaitlərin səmərəli istifadəsi baxımdan heç də arzuoluan hesab olunmurdu. Və ya bir sıra hallarda vəsait çatışmazlığı səbəbindən sosial ödənişləri vaxtında yerinə yetirməkdə çətinlik yaradırdı. Yeni dəyişiklik belə ödənişlərdə sahibkarlara seçim imkanı verəcək. Əgər depozit hesabında pul varsa, digər vəsaiti sosial ödənişə yönəltməyə ehtiyac qalmayacaq. Yeni qaydalar təsdiq olunduqdan sonra 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq".
Digər Xəbərlər
01 Iyul 2026 10:43
“Azeri Light” bu gün neçəyə satılır?
30 Iyun 2026 12:02
Nazir ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirdi
30 Iyun 2026 11:44
"Ötən il 1,8 milyard manat keçmiş illərin debitor borcları bağlanılıb" - Sahil Babayev
30 Iyun 2026 11:41
Dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib
30 Iyun 2026 11:37
"Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərindəndir"
30 Iyun 2026 11:35
2025-ci il dövlət büdcəsinin icrası qəbul edildi
29 Iyun 2026 10:39
“Əgər üç gün sonra da həmin məhsulu almaq istəyirsinizsə...”
29 Iyun 2026 10:22


Bakı -°C

