Bu əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək.
Digər Xəbərlər
30 Iyun 2026 17:49
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun 2026 17:12
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
30 Iyun 2026 16:26
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan olundu
30 Iyun 2026 16:17


Bakı -°C

