adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 09:06
75
HADİSƏ
A- A+

Çörək almağa gedən gənc qız itkin düşdü - FOTO

Sumqayıtda 20 yaşlı qız itkin düşüb.

Adalet.az xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər.

Ayseli görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat vermələri xahiş olunur.