warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü Adalet.az | Rüfət Quliyev bu il də Bosco Conference-in açılışını edib Adalet.az | Rüfət Quliyev bu il də Bosco Conference-in açılışını edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rüfət Quliyev bu il də Bosco Conference-in açılışını edib

11472    |   2016-10-25 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev oktyabr ayının 25-də Bosco Conference-in hər il keçirilən beynəlxalq konfransının Bakıdakı JW Mariott Hotel Apsheron Baku otelində açılışını edib. 

 Qeyd etmək lazımdır ki, keçən il də bu konfrans Bakıda keçirilib və Rüfət Quliyev onun açılışını etmişdi. Bu məşhur şirkət 2005-ci ildə vergitutmalar, beynəlxalq maliyyə xidmətləri sahəsində görkəmli mütəxəssislər tərəfindən yaradılıbdır. Şirkətin əsas məqsədi müxtəlif ölkələrdə vergitutmalar, şirkətin qeydiyyatı və onlara xidməti, leqal korporativ sxemlərin qurulması, xarici banklarla iş, beynəlxalq maliyyələşmənin cəlb edilməsi barəsində müştərilərə tam və obyektiv məlumat verilməsidir. Şirkət belə illik beynəlxalq konfransları Avropa və Asiya ölkələrində hər il keçirir. Bu tədbirlərdə əsas məruzəçilər adətən siyası xadimlər, hüquqi, auditor, konsaltinq şirkətlərinin, bankların sahibləri və rəhbərləri olurlar. Bu il də konfransın yenidən Bakıda keçirilməsinə Azərbaycanda hökm sürən siyasi və iqtisadi sabitlik və ölkə iqtisadiyyatındakı pozitiv amillər səbəb olub. Konfransda Böyük Britaniya, Niderland, Isveçrə, Malayziya, Kanada, Malta, Latviya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Kipr və digər inkişaf etmiş 20 ölkənin 150-dən yuxarı nümayəndəsi iştirak edib. Konfransı açan professor Rüfət Quliyev "Müasir mərhələdə Azərbaycanın investisiya sahəsində "artımsız inkişafı” iqtisadi siyasət” mövzusunda geniş məruzə edib. Məruzədə Azərbaycan Prezidenti cənab Ilham Əliyevin həyata keçirdiyi uğurlu və dayanıqlı iqtisadi siyasət kursundan ətraflı bəhs olunub, ölkədə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, kənd təsərrüfatının inkişafına verilən xüsusi önəm diqqət mərkəzində olub. Ölkədə aparılan genişmiqyaslı islahatlarla bağlı son vaxtlarda ölkə Prezidentinin çoxsaylı Sərəncamlarının əhəmiyyətini qeyd edən Rüfət Quliyev vurğulayıb ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi Azərbaycana müəyyən zərər vursa da, onların nəticələri ölkəni inkişafdan saxlaya bilməmiş və hazırda artım müşahidə olunmasa da iqtisadiyyatın bütün sahələri stabil işləyir. Qeyri-neft sektoru isə dinamik inkişaf edir. Məruzəçi qeyd edib ki, bütün bunlar ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, qabaqlayıcı tədbirlərin görülməsi, çoxspektrli iqtisadi islahatların həyata keçirilməsi nəticəsində mümkün olub və islahatların keçirilməsi davam edir. Məruzə iştirakçılar tərəfindən böyük maraqla dinlənilib və Rüfət Quliyev verilən çoxsaylı sualları cavablandırıb. Rüfət Quliyevdən dərhal sonra söz yenə azərbaycanlı nümayəndə T.Şevçenko adına Kiyev Milli Universitetinin aspirantı, tanınmış menecer-məsləhətçi Kənan Salayevə verilib və o, ingilis dilində "Azərbaycanın infrastruktur layihələrində strateji investisiyalar” mövzusunda məruzə edib. Bu məruzə də Azərbaycanın xaricdə təbliği sahəsində mühüm məsələləri əhatə edib. Kənan Salayev bunun öhdəsindən bacarıqla gəlib və məruzə iştirakçılarda zəngin təəssürat doğurub. Rüfət Quliyev həmçinin qeyd edib ki, Azərbaycanın digər tanınmış iqtisadi alimləri, maliyyə, bank sahəsinin mütəxəssisləri də bu konfransda iştirak edib, öz fikirlərini bölüşdürmüşlər. Konfrans öz işini davam etdirir.


İmza:

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr aparıb

Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib

Türkiyə Prezidentinin müşaviri: Bəşəriyyətin türk-islam birliyinə, ədalətinə ehtiyacı var

Deputat: "Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun"

Prezident bu qanuna dəyişiklik etdi

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın” - Baş nazirin müavini

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb

“Müəllifin fantaziyasından başqa bir şey deyil” - Əli Həsənov

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Saakaşvili partiya liderliyindən gedir

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK