Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.
Adalet.az APA-ya istinadən xəbər verir ki, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslərin siyahısını təqdim edirik:
1. Ehsan Movəhhediyan - Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi
2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri
3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı
4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi
5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı
6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı
7. Əlirza Səlimi - İran İslam Şurası Məclisinin deputatı
8. Hüseyn Şəriətmədari - “Keyhan” qəzetinin baş redaktoru
9. Ayətullah Möhsün Əraki - İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin üzvü, Məsləhət Şurasının üzvü
10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani - Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri
11. Əbdül Hüseyn Xosrov Pənah - İran Ali Mədəni İnqilab Şurasının katibi
12. Hüccətül-islam Qulamrza Kavaşi - Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
13. Daryuş Səfərnejad - Professor, siyasi ekspert
14. Əhmədrza Musəvi - Aktyor və teleaparıcı
Digər Xəbərlər
03 Noyabr 2026 17:46
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi
03 Noyabr 2026 16:20
İlham Əliyevdən FƏRMAN
03 Noyabr 2026 14:27
“İnsan belə bir qardaşla münasibətləri korlayarmı?” - VİDEO
03 Noyabr 2026 12:51
Deputat bu şəxslərlə bağlı ÇAĞIRIŞ ETDİ
03 Noyabr 2026 12:37
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
03 Noyabr 2026 12:35
Milli Məclis Özbəkistanla yeni sazişləri ratifikasiya etdi
03 Noyabr 2026 12:13
Səbinə Əliyeva yenidən ombudsman seçildi, parlamentdə and içdi
03 Noyabr 2026 12:03


Bakı -°C

