Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
"Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub".
Adalet.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Euronews"un Brüsseldə təşkil etdiyi "Avropanın gələcəyi" sammitində çıxışında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real sülh mövcuddur.
"İndi biz sülh müqaviləsini imzalamalı və onu ratifikasiya etməliyik", - deyə Nikol Paşinyan əlavə edib.
Baş nazir qeyd edib ki, Ermənistan hazırda Azərbaycanla münasibətlər qurur:
"Bizim Gürcüstanla ənənəvi yaxşı əməkdaşlığımız və yaxın müasibətlərimiz var. Hazırda biz Azərbaycanla münasibətlər yaradırıq. Bizim aramızda ikitərəfli ticarət var və regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq. Bütün bu proseslər Cənubi Qafqaza tamamilə yeni qlobal rol qazandıracaq"./apa
Digər Xəbərlər
03 Noyabr 2026 19:45
“Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi
03 Noyabr 2026 16:20
İlham Əliyevdən FƏRMAN
03 Noyabr 2026 14:27
“İnsan belə bir qardaşla münasibətləri korlayarmı?” - VİDEO
03 Noyabr 2026 12:51
Deputat bu şəxslərlə bağlı ÇAĞIRIŞ ETDİ
03 Noyabr 2026 12:37
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
03 Noyabr 2026 12:35


Bakı -°C

