Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq
Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə nmütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınması tələb olunmayacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
03 Noyabr 2026 12:36
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
02 Noyabr 2026 13:58
Oktyabrda hava iqlim normasından yuxarı olub
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31


Bakı -°C

