adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 11:34
73
HADİSƏ
A- A+

Sürücü sükan arxasında yatdı...

Heç kimə sirr deyil ki, bəzi sürücülər yorğun halda sükan arxasında əyləşir , uzaq məsafəyə ya sərnişin, ya da yük aparır! Bu zamanda sürücü sükan arxasında yatanda ağır qəzalar qaçılmaz olur!

Bu yaxınlarda Bakı- Qazax yolunun Kürdəmirdən keçən hissəsində Bakıya xurma gətirən yük maşının sürücüsü sükan arxasında yatıb və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb! Xurma yola tökülüb!

 Sürücü və maşındakı sərnişin ağır xəsarət alıb! Ona görə də yorğun halda sürücülər sükan arxasında əyləşməməli, yorğunluq hiss etdikdə  avtomobili yolun təhlükəsiz yerinə çəkib saxlamalıdır! Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq sürücüləri  maarifləndirir və onlara xəbərdarlıq edir!

Bir daha yol polisi bildirir ki, sükan arxasında hər bir sürücü diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidir!Bax onda belə ağır qəzalar ən azından çox olmaz!

Emil FAİQOĞLU