"Qarabağ" klubu cərimələndi
"Qarabağ" klubu 4500 manat cərimələnib.
Adalet.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub.
Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. "Köhlən atlar" buna görə 3000 manat ziyana düşüb.
Bundan əlavə, "Qarabağ"a daha 1500 manat cərimə kəsilib. Komandanın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.
"Qəbələ" isə "Zona 1" ərazisində kənar şəxslər olduğuna görə 1000 manat ödəyəcək.
Digər Xəbərlər
16 Noyabr 2026 14:10
Luka Modriç Messinin rekordunu təkrarladı
16 Noyabr 2026 09:44
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
16 Noyabr 2026 09:19
Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
15 Noyabr 2026 23:36
Əfsanələrin dueli 11 qolla yadda qaldı
14 Noyabr 2026 23:45
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
14 Noyabr 2026 09:50
Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
13 Noyabr 2026 13:37
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
13 Noyabr 2026 10:50


Bakı -°C

