SON DƏQİQƏ:

RüSTƏM KAMAL

  37380   |  
Şriftin ölçüsü  
Mən bu yazını özümün özümlə, həm də özümün onunla söhbəti kimi kağıza köçürmək istəyirəm. Çünki onun barəsində yazmaq mənim üçün çox çətindir. Amma onunla həmsöhbət olmaq o qədər rahatdır ki, o söhbətin bitib-tükənməsini istəmirəm. Bu həmişə və hamı ilə belə olmur. Təbii ki, onunla yox, başqa insanlar var ki, nə qədər istəyirsən onların bərsində yazasan, onlarla həmsöhbət olsan, amma alınmır hər şey ürəyincə olmur. Ya axtardığın sözü tapa bilmirsən və yaxud baş-başa qaldığın zamanda söhbət səni darıxdırır, vaxt səni sıxır. Elə istəyirsən ki, xudahafizləşəsən. Amma çox qəribədir. Nə qədər özümü bu və ya digər formada hazırlamışam ki, görüm məni onunla söhbətdə nə isə sıxacaqmı? Nəyə ğörəsə ondan tez ayrılıb gedə biləcəmmi?
   
   İnanın ki, alınmır. Bu insan başdan-ayağa işıqdı, müsbət enerjidi, müsbət məkandı, müsbət dünyadıgbir sözlə, bütün müsbətlərin cəmidi, toplumudu. Telefonda səsini eşidəndə də, üz-üzə gələndə də, hətta qaçaraq bir kəlmə kəsəndə də şəxsən mənim içimə işıq axıb dolur. Təmiz, pak bir işıq...təmənnasız, iddiasız bir işıq.
   
   Onu lap çoxdan tanıyıram. Öncə imzasını tanımışam. Yazılarını, məqalələrini, publisistik düşüncələrini mütaliə etmişəm, araşdırmalarından xəbər tutmuşam. Günlərin birində işıqlı dostların sayəsində onunla üz-üzə gəldik. Bu gəlmənin də səbəbi yenə dostlar oldu. Həmin işıqlı dostlardan biri mənə telefon açıb dedi ki, Rüstəm Kamal sənin barəndə etdiyi qeydləri mənə göstərdi... İstəyirəm bu müjdəni sənə çatdıram. Çünki Rüstəm Kamal ürəyinə, ruhuna yaxın olmayan heç nəyə münasibət bildirmir. Qələmini, vaxtını sifarişə həsr etmir, maddiyyata, xidmətə yönəltmir.
   
   Doğrusu, bu mənim üçün çox gözlənilməz oldu. İçimdə darıxa-darıxa, gözləyə-gözləyə qaldım. Ona telefon açıb nə isə soruşmağa ürək etmədim. Günlərin birində onun yazısı ilə mətbuatda rastlaşdım. Elə yazının başlığı mənə hər şey dedi.
   
   Sonra görüşdük. Bu görüş yaddaşıma, ömrümə yazıldı. Az qala bir saata yaxın söhbət etdik. Özü də özümüzdən yox, ədəbiyyatımızdan, poeziyamızdan, dostlarımızdan, sözə yanaşmamızdan, sözün içində olmağımızdan... Əslində bu söhbət elə özümüz haqqında idi. İstər o söhbət Kamal Abdulladan getsin, istər Etimad Başkeçiddən, istər Dəmirçioğlundan, istər Salamdan, istər Akif Səməddən, istər digərlərindən. Bütün hallarda mövzunun mayası, söhbətin canı söz idi, qələm idi...
   
   Onun 50 yaşının tamam olduğunu mətbuatdan öyrəndim. İstədim ki, telefon açıb işıqlı dostumu, bu alim qardaşımı təbrik edim, ürək etmədim. Çünki onun 50 yaşının tamam olduğuna inanmaq istəmədim. İçimdən gələn səs mənə dedi ki, onun ən azı 500 yaşı var. Çünki onun qələmindən çıxan yazılarda Nizaminin, Füzulinin, Vaqifin, Ələsgərin, daha kimlərin zamanı onun öz zamanı ilə, yaşı onun öz yaşı ilə qovuşur, birləşir. Bu məntiqlə də mən dostumun həm də sözlə yaşıd olduğuna inanıram. Bu inamla da onu 50 ilə sığışdıra bilmirəm, 50 yaşın içində görmürəm.
   
   Bəlkə də bu cür müqayisəm xoş görünmür. Amma inanın, əlimi ürəyimin üstünə qoyub deyirəm ki, Rüstəm Kamalın sözün bütün mənalarında Kişi Yaşı tamam olur. Elmə, sözə həsr olunmuş Kişi Yaşı! Sevgini, onun təbirincə desək, kişi kimi pıçıldayan Əbülfət Mədətoğlu da Kişi Yaşını qeyd edən Rüstəm Kamalın həm Rüstəm olduğuna, həm də Kamal olduğuna özü qədər inanıb, güvənir. Zarafat deyil, onun adındakı və soyadındakı sözlər həyatının mənasını kifayət qədər ifadə edir. Mübarizliyi, dözümü, eləcə də biliyi, kamalı onu bütün meydanlarda qalib edir.
   
   Mən Rüstəm Kamalı bu cür tanıyıb, bu cür inanıb, bu cür də dəyərləndirmişəm. İndinin özündə də, elə dünəndə də, hətta sabah da o mənim üçün Rüstəm Kamal, eləcə də həm Rüstəm, həm də Kamaldı. 50 yaşın mübarək, dostum!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK