adalet.az header logo
  • Bakı -°C
15 Iyun 2026 16:00
78
İDMAN
A- A+

“Real Madrid” yeni transferini açıqladı

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən müdafiəçi Mark Kukurellanın transferini rəsmiləşdirib.

Adalet.az xəbər verir ki, klub 27 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb.

Transferin ümumi dəyərinin bonuslarla birlikdə 51,8 milyon funt-sterlinqə qədər yüksələ biləcəyi bildirilir.

Məlumata görə, “Real Madrid” bu keçid üçün 47,5 milyon funt-sterlinq əsas məbləğ ödəyib, əlavə 4,3 milyon funt-sterlinq isə performansa bağlı bonuslar şəklində nəzərdə tutulub.

İspan müdafiəçinin xidmətində “Barselona” və “Mançester Siti” kimi klubların da maraqlı olduğu qeyd edilir.