Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı oldu
Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir.
Adalet.az xəbər verir ki, .irkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı qismində çıxış edib.
Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.
Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.
Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
12 Iyun 2026 15:43
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
11 Iyun 2026 18:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
08 Iyun 2026 16:59
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
03 Iyun 2026 16:13
“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
01 Iyun 2026 16:37


Bakı -°C

