adalet.az header logo
  • Bakı -°C

Memorandum hələ münaqişənin sonu deyil - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
94 | 2026-06-16 12:26
A- A+

ABŞ və İran arasında razılaşma əldə olunması münaqişənin tam həlli demək deyil və Yaxın Şərqdə güc bslansını dəyişməyəcək. İyunun 14- də bağlanan memorandum, sadəcə olaraq müharibəyə fasilə verəcək və Hörmüz boğazından gəmilərin rüsum ödəmədən keçidinə icazə veriləcək.

 Vaşinqton və Tehran münaqişənin həlli istiqamətində razılaşma memorandumu imzaladılar. İran prezidenti Məsud Pezeşkian bildirdi ki, İranın Ali milii təhlükəsizllik şurası ABŞ-la danışıqları davam etdirməyi qərara alıb. Lakin, burda növbəti məsələyə də aydınlıq gətirilməsinə ehtiyac olacaq. Belə ki, ABŞ və İran arasında əldə olunan razılaşma, İsrailin maraqlarına zərbə vura bilər. Ona görə də, münaqişənin yenidən alovlanma riski qalmaqdadır.

  Ekspertlərin fikirincə, memorandum tərəflərin gələcəkdə daha detallı razılaşma əldə etmələri üçün atılan bir addımdır. Sadəcə olaraq bu razılaşmada əldə olunan əsas maddə, Hörmüz boğazının açılmasıdır. Bu həmçinin İranında xeyrinədir. 

 Nüvə proqramı ilə bağlı tərəflər qəti bir qərara gəlməyiblər. Çox güman ki, İran maksimum çalışır ki, bu məsələdə geri çəkilməsin. ABŞ isə, İranın nüvə proqramından umümiyyətlə imtina etməsini istəyir. Aylardı davam edən danışıqlar, məhz nüvə məsələsində razılıq əldə edilmədiyinə dayandırılıb. Və hər dəfə danışıqlar dayandırılan kimi, tərəflər qarşılıqlı raket zərbələrinə məruz qalıblar. Bu dəfə də, İranın nüvə proqramı ilə qəti qərar  əldə olunmasa da, tərəflər 60 gün ərzində atəşin dayandrılmasını qərara alıblar.

 Beləliklə, yuxarıdada qeyd etdiyimiz kimi, memorandum münaqişəni həll etmir, yalnız müharibədə fasilə yaradır. Münaqişənin davam edib-etməyəcəyi isə, tərəflərin 60 günlük fasilə ərəfəsində əldə edə biləcəkləri nəticədən asılı olacaq...

 

TƏQVİM / ARXİV