SON DƏQİQƏ:

AYNA SULTANOVANIN ABİDƏSİ

  65204   |  
Şriftin ölçüsü  

Qəzetələrdə belə bir xəbər oxudum ki, Ayna Sultanovanın heykəlini götürmək istəyirlər. Çox pis oldum. Hələ lap uşaqlıqdan bu xanımın dəhşətli taleyi məni təsirləndirmişdi. Və «Dolu» romanını yazanda Ayna Sultanovanın da taleyindən yan keçə bilmədim. Əsərdən həmin parçanı yenidən oxucularıma təqdim edirəm. İstəmirəm bu xanımın ruhu ikinci dəfə cəhənnəm əzabı yaşasın.



"Dolu"

«Dolu»dan bir parça

... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, sir-sifətində

bir sağ-islahat yox idi, əlləri stulun arxasında bağlanmışdı,

ayaqları da stulun qıçlarına. O qədər əzab vermişdilər ki, artıq

heç bir ağrını hiss etmirdi, bütün yaddaşını itirmişdi, özünün

kimliyini də unutmuşdu. Qarşısında onun kimi işgəncələrə məruz qalan,

onun kimi stula bağlanan adamın da əri Həmid Sultanov olduğunu da

bilmirdi.

Prometey kimi hər gün qarğa-quzğunlar ürəyini söküb çıxarır,

didim-didim didişdirirdilər...

...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan da qalmamışdı.

Tanrının Ayna Sultanovaya verdiyi ömürə hələ çox vardı. Əzrayıl bura

Həmid Sultanovun canını almağa gəlmişdi. Amma Tanrının yaratdığı bir

yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə gəldiyini

unutmuşdu, Həmid Sultanov artıq Tanrının verdiyi ömürdən çox

yaşayırdı. Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl

olsa da bu qadının çəkdiyi əzablara tab gətirmirdi, Tanrının yazdığı

ömürü kəsməyə cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən

istifadə edib bu yaradılan Yaradanın bütün hisslərini almışdı ki, bu

işgəncələrə dözə bilsin, necə ki, vaxtilə Prometeyə də belə bir

yaxşılıq etmişdi.

Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında

namusunun belə təhqir olunmasına dözəmmirdi, ölmək istəyirdi, ölə

bilmirdi. Gördüyü bu vəhşətdən dəhşətə gəlmiş Əzrayıl Tanrının Həmid

Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı.

Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını

zorlayırdılar, başına min bir müsibət açırdılar. Əzrayılın

mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri bunu görürdü,

zarıyırdı, gah Tanrıya yalvarırdı, gah qarğıyırdı, gah Əzrayılı

çağırırdı. Əzrayıl yanında dayansa da nə onun yalvarışlarını

eşidirdi, nə də qarğışlarını - əlində çürümüş alma, eləcə quruyub

qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı

insanların canını ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu

səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu işgəncə verənləri nə

Fironun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ

onların uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz

hiss elədi.

Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün 2 saat 11

dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33 il 2 ay 15 gün 2 saat 11

dəqiqə bu işgəncələrlə yaşamalı idi. Daha Əzrayıl dözə bilmirdi,

əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl...

... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi,

heç əslində almanın iyi də qalmamışdı, əlini atıb onun sinəsindəki

ürəyi qopartdı, parça-parça olmuşdu bu ürək, qapqara qanın içindəydi.

Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox

rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu

ki, əzrayılsız-filansız canını tapşırdı. Əzrayılın başı Ayna xanımı

xilas etməyə qarışdığından Həmid bəyin canını özü ilə götürməyi

unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29
2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK