"İranla müharibə ABŞ-yə baha başa gəlir"
"Əı-Cəzirə" kanalının məlumatına görə, İranla müharibə Birləşmiş Ştatlarda inflyasiyanı sürətlə artırır, amerikan hərbi ehtiyatları tükənir.
Konqressin büdcə idarəsinin məruzəsinə görə, Vaşinqtonun müharibə xərcləri hər ay təxminən 3 milyard dollara başa gəlir. Müharibə həmçinin ABŞ-ın hərbi ehtiyatlarına da ciddi təsir göstərir.
Konqressin məruzəsi, ABŞ prezidenti Donald Trampın İranla başladığı və bir neçə həftəyə başa çatıracağı ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsi fonunda, ona qarşı tənqidlərun adrtığı bir vaxtda baş verir.
Pentaqonun bu yaxınlarda verdiyi hesabatında da, hərbi ehtiyatların çatışmamazlıqları qeyd olunmuşdu. Lakin, Tramp administrasiyası bütün deyilənləri təkzib edir və əksinə bəyan edir ki, müharibəyə çəkilən xərclər özünü doğruldur.
İranın dəstəklədiyi Hüsilərin hücumlarından sonra, "Şərq-Qərb" neft kəmərinin bağlanması, Qərbin yanacaq təminatına böyük zərbə vura bilər. ABŞ-ın enerji naziri Kris Ray bəyan edib ki, neft kəmərinin təmiri bir neçə günə həllini tapacaq. Yəni, neftin dünya bazarında qiymətləri Səudiyyə Ərəbistanı neft kəmərinin tezliklə fəaliyyətini bərpa etməsindən asılı olacaq.
Bütün bu baş verən hadisələrin fonunda ABŞ-ın nümayəndələr palatası artıq üçüncü dəfədir ki, İranla müharibənin dayandırılması ilə bağlı qərar qəbul edib. Lakin, bu qətnamənində prezident Tramp tərəfindən imzalanacağı və qanuni qüvvəyə minəcəyi inandırıcı görünmür. Donald Tramp yəqin ki, bu qətnaməyə veto qoyacaq.
Çox güman ki, bu məsələ 50 gündən sonra keçiriləcək aralıq seçkilərinə qədər bir daha müzakirəyə çıxarılmayacaq. Lakin, müharibənin ölkədə yaratdığı böhran, respublikaçılarında mövqeyinə təsirsiz ötüşməyəcək. Bütün suallara, Konqressə hansı partiyanın nəzarət edəcəyi məlum olandan sonra cavab vermək mümkün olacaq.
Bu arada Ağ Ev Konqressdən əlavə 87,6 milyard ayrılmasını istəyib. Bu vəsaitin 67.1 milyardı Pentaqon üçün nəzərdə tutulub.
Politico yazır ki, ABŞ hələ ki, İranla müharibəyə 38.1 milyard dollar xərcləyib. Beləliklə, aralıq seçkiləri ərəfəsində müharibə xərclərinin demokratlarla respublikaçılar araslnda ciddi siyasi mübahisələrə səbəb olacağı, artıq heç kimdə şübhə doğurmur.
Rüstəm Hacıyev
Digər Xəbərlər
06 Oktyabr 2026 00:12
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33


Bakı -°C

