SON DƏQİQƏ:

BİR PAYIZ NAĞILI

  88999   |  
Şriftin ölçüsü  
Cavan olmam bir də mən...
Belə baxanda əslində günlər bir-birindən o qədər də fərqlənmir. Necə deyərlər, səhər naxıra, axşam axura... Bax, belə bir ömür hər gün təkrarlanır və biz də təkrarlanan ömürdə metro eskalatoru kimi durmadan fırlanırıq - yuxarıdan aşağı, aşağıdan yuxarı...
Bəli, bir-birindən fərqlənməyən bu ömürdə irad tutulası, qeybəti ediləsi çox şeylər var. Bu da təbii ki, reallıqla, hadisələrdən baş çıxarmaqla, zamana uyğunlaşmaqla, lap loru dildə desəm, çayın axarına qoşulub getməklə bağlıdır. Təəssüf ki, biz bəzən axına qarşı üzməyə çalışırıq. Elə bilirik ki, nəyisə dəyişəcəyik, nəyisə yerinə qoyacağıq. Amma unuduruq ki, biz fərdik və fərd olaraq heç nəyi kökündən dəyişə bilmərik. Olsa-olsa, bir restavrasiyaya gücümüz çatar. Doğrudur, insan bəzən özünü fövqəlgüc hesab edir, amma bu gücün qarşılığı olaraq aldığı zərbələr çox şeyi bəzən alt-üst edir...
İndi ömrün elə bir vaxtı, zamanın elə bir nöqtəsindəyik ki, özümüz də hiss etmədən tökülən yarpaqları seyr edirik. Bu bütün mənalarda yarpaq tökümüdü - həm ağacların, həm çiçəklərin, həm otların, həm də elə insanların. Şərt o deyil ki, insan bu dünyaya əlvida desin. Yox, söhbət burda məcazi yarpaq tökümündən gedir. O yarpaq tökümündən ki, ömrün payızı sənə xatirələr danışır, xatirələr pıçıldayır və sən özün də hiss etmədən saralan yarpaqlarda gəncliyini, dünənini axtarırsan. O gəncliyi, o dünəni ki, onda səsin də dağ şəlaləsi kimi çağlayırdı, onda gücün də sənə tabe olmaq istəmirdi. Və sən elə bilirdin ki, elə həmişə belə də olacaq. Lakin...

Uzaqdan yad kimi baxıb,
Yanımdan dinməz keçirsən.
Payızı gözünə yığıb
Durna tək sən də köçürsən.

Qəriblik küləyi əsir,
Kipriklərinin ucundan.
Payız uşaq tək tələsir -
Tellər yolmağa saçımdan.

Elə bil ətraf köklənir
Xatirə notları üstə.
Payızda içim təklənir -
Bu cürə olur hər kəsdə?!

Baxışın xəzəl dilidi,
Payızın tilsimin açır...
Xatirələr təsəllidi -
Qayıdır üstümə qaçır.

***
Dağlara baxıram, artıq başının üstünü azacıq da olsa qar alıb. Hava da sübh çağı və gecələr soyuq olur. Elə bil ki, qış da özünü hiss etdirməyə çalışır. Amma hələ payızdır. Mən Haramı düzünün ən yüksək yerində dayanıb üzü dağlara - Ərgünəşə baxıram. Kəndimiz ovuc içi kimi görünür. Hətta bir az da ciddi diqqət yetirəndə yarpaqların rəngini də seçmək olur. Hərbçi binoklu mənə bu mənzərəni seyr etmək imkanı verir. Amma çox təəssüf ki, seyr etdiyim mənzərədən yalnız kövrəlirəm. Çünki bu tanış mənzərə məni uzaqlara aparır. Daha doğrusu, özünə doğru çağırır, səsləyir. Və mən yerində donub qalmış Allah bəndəsi kimi öz gücsüzlüyümdən xəcalət çəkirəm. Yeriyə bilmirəm kəndimizə tərəf. Yeriyə bilməməyimin də səbəbi gün kimi aydındır. Nə olsun...
Hə, kəndimə baxıram... Yaddaşım vərəqlənir və elə bilirəm ki, bu vərəqlənən yaddaş da səhifə-səhifə qopur, çünki ora heç nə yazılmır. Ancaq göz yaşı axır içimə... Ancaq və ancaq dünəndi, bu gün yoxdu içimdə. Elə mən özüm də bu gün yoxam. Böyük Nəsimi demişkən, ruhum çoxdan gedib, cismim qalıb. O da ayaq üstə gəzən bir kölgə. İlahi, bu hesabla nə qədər yeriyən kölgələr var bu məmləkətdə?!
Bu da nağılın sonu. Əslində bu nağıl deyildi. Elə beləcə bir yarpaq idi. Necə saraldı, necə soldu xəbərim olmadı. Bir də baxıb gördüm ki, saplağından üzülür. Üzülmə məqamında bir pıçıltı gəldi dilimə - ümidli, işıqlı bir pıçıltı. Onu da şeirə çevirdim və yazdım. Oxuyun, bu payız nağılının son bəndi kimi...

Ürəyimin içini
Kitab kimi səhifələ...
Tuş gələrsən, əzizim,
Sən ancaq öz səhifənə!

Səhifədəki yazılar
Öz xəttin, öz pıçıltın.
Səhifədəki o "xalı"
Gözün gözdən qaçırtdı.

O "xal" göz yaşı izi
Bir kitabda yaşayır.
Bir ürək sevgimizi
Sabahlara daşıyır!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK