adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Dekabr 2021 16:54
1007
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub - 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 406 yeni yoluxma faktı qeydə alınıb, 1 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 786 nəfər müalicə olunaraq sağalıb, 7 947 nəfər vəfat edib, aktiv xəstə sayı 24 261 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 869, ötən müddət ərzində isə ümumilikdə 5 591 270 test aparılıb.