adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
01 Dekabr 2021 17:15
369
HADİSƏ
A- A+

Bərdədə güclü külək binanın dam örtüyünü uçurub

Bərdə şəhərində güclü külək başlayıb.

Trend-in yerli bürosunun məlumatına görə, güclü külək nəticəsində Bərdə şəhərinin Nizami 156 küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyini bildiribmişdi. Qeyd olunmuşdu ki, qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.