adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2026 23:40
43
DÜNYA
A- A+

İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu

Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Beşiktaş" və "Hapoel" komandaları arasında Batumidə keçirilən oyun zamanı baş verən hadisələrə münasibət bildirib.

Adalet.az xəbər verir ki, o, polisin təxribatlar fonunda asayişi qoruduğunu və hadisələrin qarşısını almaq üçün əlindən gələni etdiyini deyib.

"Ciddi təxribatlar oldu. Hər bir polis əməkdaşı xüsusi təşəkkürə layiqdir", - Baş nazir bildirib.

İ.Kobaxidze qeyd edib ki, Türkiyədən gələn azarkeşlərin böyük əksəriyyəti Gürcüstan tərəfinin təklifini qəbul edib.

Baş nazir Türkiyəyə matçın Gürcüstanda keçirilməsi üçün unikal fürsətin yaradıldığını vurğulayıb. O, bunun Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin göstəricisi olduğunu bildirib.

İ.Kobaxidze, həmçinin hadisədən siyasi məqsədlərlə istifadə etməyə çalışanları tənqid edib və gürcü radikalları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb.