adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2026 09:00
40
DÜNYA
A- A+

Polşa Kaçinskinin təyyarə qəzası ilə bağlı istintaqı yekunlaşdırır

Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin Smolensk yaxınlığında qəzaya uğraması ilə bağlı istintaq  başa çata bilər, çünki mütəxəssislər fəlakətin səbəbi ilə bağlı qəti nəticə çıxarıblar.

Adalet.az xarici mətbuata  istinadən xəbər verir ki, bu barədə Polşanın ədliyyə naziri Valdemar Zurek mətbuat konfransında bildirib.

Zurekin sözlərinə görə, qərar istintaq qrupunun ixtiyarındadır, lakin ekspertlərin nəticələri işə tez bir zamanda son qoyulacağını göstərir.

Nazir konfrans zamanı jurnalistlərin ünvanladığı suallara görə onlarla mübahisə edib. Belə ki, "wPolsce24" televiziya kanalının nəticənin Rusiyada təyyarənin qalıqlarını yerində araşdırmadan və ya Rusiya hava nəqliyyatı dispetçerlərini sorğu-sual etmədən verildiyini bildirib. 

"Əlbəttə, bu kağızın ağ deyil, qara olduğunu deyə bilərsiniz. Mən səni bunu etməyinə mane olmayacağam", - deyə Zurek cavab verib. 

Brifinqdə daha bir qalmaqal , Hüquq və Ədalət (PiS) partiyasının üzvü Antoni Masereviçin iştirakı ilə baş verib. Antoni Masereviç qəzanın mümkün səbəbi kimi partlayışın olması nəzəriyyəsi ilə bağlı nazirə təxribatçı suallar verməyə çalışıb. 

Ədliyyə naziri bildirib ki, "O, jurnalist deyil, medianı təmsil etmir. Onun mətbuat konfransına necə gəldiyini araşdıracağıq".

Prokuror Pşemıslav Novak bildirib ki, hərtərəfli təhlil fəlakətin səbəbi kimi partlayışı istisna edir. Hesabat altı ölkədən - Polşa, ABŞ, Böyük Britaniya, Macarıstan, Danimarka və İrlandiyadan olan 22 ekspert tərəfindən hazırlanıb. 

Xatırladaq ki, 10 aprel 2010-cu ildə Smolensk yaxınlığında Tu-154M təyyarəsinin qəzaya uğraması nəticəsində prezident Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfər həlak olub. Polşa istintaqı fəlakət günü başlayıb və 2016-cı ildə Milli Prokurorluğun ilk istintaq qrupuna təhvil verilib.