İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Digər Xəbərlər
28 Noyabr 2026 12:11
"Biz dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" - Prezident
28 Noyabr 2026 12:06
Prezident Əli Əsədova “Şərəf” ordeni verdi
28 Noyabr 2026 09:44
Yaxın Şərqdə Qərbin kürd layihəsi iflasa uğrayır – Politoloq
27 Noyabr 2026 17:33
Azərbaycan 2028-ci ildə MDB-nin sədri olacaq
27 Noyabr 2026 16:43
Parlamentin növbəti iclasında 8 məsələ müzakirə ediləcək
27 Noyabr 2026 16:31
Prezident bu sənədi təsdiq edib
27 Noyabr 2026 16:17
“Buna görə də Rusiya bu təkliflərlə razılaşmadı...”
27 Noyabr 2026 13:18


Bakı -°C

