adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2026 23:02
52
İDMAN
A- A+

Gürcüstanda “Beşiktaş”ın oyununda dava düşdü - YENİLƏNİB

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) qarşılaşması bərpa olunub.

Adalet.az xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı.

 

***22:40

UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən görüşdə xoşagəlməz hadisə yaşanıb.

Adalet.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da baş tutan matçın ilk hissəsində tribunada azarkeşlər arasında qarşıdurma yaranıb.

Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar.

Beləliklə matç dayandırılıb. Qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərarın hakimlər briqadasının qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.