adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2026 23:00
53
DÜNYA
A- A+

Sumqayıtda zavodda partlayış oldu - VİDEO

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

Adalet.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.

Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.