103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat edib
Cəlilabad rayonunda yaşayan İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş İbiş oğlu Zamanov vəfat edib.
Adalet.az "Report"a istinadən xəbər verir ki, o, 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əbiş Zamanov 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub. O, 1942-ci ildə cəbhəyə yollanıb. 1944-cü ilin yanvarında döyüş zamanı ağır güllə yarası alaraq bir gündən artıq huşsuz vəziyyətdə qarın altında qalsa da, sağ qalmağı bacarıb.
Müharibədən sonra doğma yurduna qayıdan veteran ailə həyatı qurub, beş övladı, onlarla nəvə və nəticəsi var.


Bakı -°C

