ABŞ İran münaqişəsinin həlli yolları tapılacaqmı?
ABŞ və İran münaqişəsinin həlli ilə bağlı vasitəçilər vasitəsi ilə dsnışıqlar davam etsə də, İran tərəfi irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək bifbsşa danışıqlardan imtina edib.
Münaqişə soyuq fazada davam etməsinə baxmayaraq, dünyanın enerji bazarına və enerji təhlükəsizliyinə ciddi təsir etməkdədir. ABŞ və İran məsələnin danışıqlar yolu ilə həllinə çalışsalarda, hazırda hakimiyyət dəyişikliyi gözlənilən İsrail, məsələnin həllinə yenidön müdaxilə edə bilər.
ABŞ İrana kütləvi hücumlarını dayandırmaqla, məsələni bu ölkədə iqtisadi böhran yaratmaqla öz xeyrinə həll etmək fikirindədir. Vaşinqton İranın dəniz girişlərini blokadaya almaqla, onu iqtisadi cəhətdən çökdürməyə çalışır.
ABŞ, eyni zamanda istənilən vaxt hücumlarını bərpa etmək fikirindən də əl çəkməyib. Pentaqon regionda hərbi gücünü artırmaqdadır. Verilən məlumatlara görə, 2500 nəfərfön ibarət daha bir helekopter-desant hərbi gəmisi İran sərhədləri yaxınlığına yola düşüb.
Donald Trampın bütün cəhdlərinə baxmayaraq, İran göstərdi ki, bununla ölkədə rejim dəyişikliyinə imkan verilməcək. Tərəflərin qarşılıqlı ittihamları, bir-birilərinə qarşı ağır ritorikalardan istifadə etmələrinə baxmayaraq, məsələnin danışıülar yolu ilə həllinə çalışılır.
İran, nüvə proqramı məsələsinin həlli ilə bağlı danışıqlara bsşlsnması üçün, ABŞ -dan, Yaxın Şərqdə müharibəni dayandırmasını, İrana qarşı tədbiq olunan sanksiyaların ləğv olunmasını, dəniz blokadasının götürülməsini, dondurulmuş pullarının geri aaytarılmasını və hücumlar zamanı ölkələrinə dəyən zərərlərin konpensasiya olunmasını tələb edir.
ABŞ isə, İranın bu tələblərini rədd edir və heç bir şərt irəki sürülmədən danışıqların bərpa olunmasını istəyir. Vaşinqtonun mövqey belədir ki, ilk növbədə İranın nüvə proqramının dayandırılması məsələsi müzakirə olunmalıdır və yalnız ondan sonra, ssksiyaların aradan qaldırılması və digər məsələlərin müzakirəsinə başlamaq olar.
Beləliklə, görünən odur ki, ABŞ-İran münaqişəsində "tamam və ya davam" məsələsinə yaxın vaxtlarda cavab məsələsinə aydınlıq gəlməyəcək. Çox güman ki, müharibə davam edəcək.


Bakı -°C
