adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2026 09:44
46
ƏDƏBİYYAT
A- A+

İnanmaqmı, tapınmaqmı? 

“İnanalar həm də tapınırlarmı? Allah inanılan olduğu qədər tapınılandırmı? Tapınmaq “tapmaq” sözündəndir. İnsan bir şeydə - utopik varlıqda, ağacda, daşda, digər bir insanda özünü tapır və ona tapınır. Tapdığını özü ilə eyniləşdirir. Tapdığı şey insanın kainatdakı təmsilçisidir. Tapmaq zamana bağlı bir anlayışdı, insanın ömrü gedir tapana qədər. Tapmaq axtarışdı, araşdırmadı, saf-çürük etmədir”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Tapınmaqda kəşf var, çünki kəşfiyyat var.İnanmaqda bunların heç biri yoxdur. Tutub ucundan bir çimdik kəsirlər və sən müsəlman olduğuna inanırsan. Suya soxub çıxarırlar, inanırsan ki, xristiansan.İnanmaqda kəşf yoxdu, kəşfiyyat yoxdu. Allah kəşf olunan deyil, icad olunandı. Zümbərdi.Tapınmaq kainatla doğmalaşmadır. Canlı-cansız ayrıseçkiliyini rəddetmədir.İnanılan allah isə canlı bir kasta sistemidir: mələklər, onlardan aşağıda insanlar və cinlər, sonra heyvanlar. Bakteriyaların varlığından xəbəri yoxdur, necə ki, dinozavrları görməyib.İnsan tapındığına müxalif ola bilir. Vurub bütü sındırır. Bütdə tapdığı özünü cəzalandırır.İnandığına müxalif ola bilməzsən, çünki o sən deyilsən, o da sən deyil”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN