SON DƏQİQƏ:

Geqam Sarkisyan ordunu ifşa etdi: Fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, orqan ticarəti...

  852   |  
Şriftin ölçüsü  

 Ölkə daxilində və xaricində böhran yaşayan Ermənistanın ordusunda da acınacaqlı vəziyyət hökm sürməkdədir. Ötən ilin payızında baş verən 44 günlük müharibədən sonra orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib.

 

Adalet.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı durmadan artır. 
2018-ci  ildə politoloq Ehtiram Aşırlının bir araşdırması diqqətimizi çəkmişdi.  Beləki, sosial şəbəkələrdə aparılan müşahidələr onu göstərir ki, işğalçı ölkənin ordusunda yeni bir tendesiya ortaya çıxıb. Belə ki, Dağlıq Qarabağdan Ermənistana gətirilən əsgər meyitlərinin təkrar tibbi ekspertizadan keçirilməsi və onların nəticələri valideynlərin qəzəbinə səbəb olur.

 

Təkrar ekspertiza zamanı ölən əsgərlərin bəzilərinin qaraciyəri, dalağı, böyrəkləri və digər orqanlarının yerində olmadığı aşkar edilib. Xüsusilə, bu yaxınlarda itkin düşmüş bir çox erməni əsgərlərinin valideynləri bu hadisə ilə qarşılaşıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, düşmən ordusunda xidmət edən yüksək rütbəli zabitlər tərəfindən əsgərlərin orqanları satılır. Buna səbəb düşmən ordusundakı özbaşınalıq və harınlama hallarının artmasıdır. Məhz bu səbəbdən də erməni vətəndaşları hərbi xidmətə getməkdənsə intihar etməyi üstün tuturlar. 

 


Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən hərbi hissələrə tez-tez səfər etməsinin səbəblərindən biri də ordudakı özbaşınalığı gizlətmək və xalqın diqqətini yayındırmaq idi.
Ötən gün  erməni ordusunda silahlı insdent baş verib. Atışma nəticəsində 3 hərbçi ağır yaralanıb,19 yaşlı hərbi qulluqçu Suren Səfəryan isə ölüb.


Bununla bağlı Ermənistan Müdafiə Nazirliyi  məkrli məlumat yayıb. Guya  orduda atışma qarşı tərəfin (Azərbaycan ordusunun –red Ə.R) atəşkəsi pozması nəticəsində baş verib. Necə deyərlər yalan ayaq tutub, amma yeriməyib. Ermənistan cəmiyyətinin ehtimal etdiyi  kimi baş verən hadisəni zorlama olduğunu  erməni hərbi ekspert Geqam Sarkisyan təsdiqləyib. Hərbi ekspert bildirib ki, könüllülər gənc əsgərlərə cinsi zorakılıq edib: “Məhz bu qalmaqaldan sonra 19 yaşlı hərbi qulluqçu Suren Səfəryan silaha əl atıb və 3 könüllünü güllələyib.Suren Səfəryanı güllələyən isə öz komandiridir. 

Ermənistan hakimiyyəti növbəti dəfə ordudadakı fərarilik, ölüm, rüşvət, korrupsiya, intihar, təcavüz və digər hallarının artmasını gizlətmək üçün  bir yalanı da ifşa olundu.


 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-27
2021-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK