Əməkdar artist: "Ağır stress keçirdim”
Əməkdar artist Mətanət İsgəndərli yaşadığı olayla bağlı danışıb.
Adalet.az bildirir ki, o, bahalı zinət əşyasını itirdiyinə görə sarsıldığını söyləyib:
“İlk konsertimdən sonra stressdən şişmişdim. Pis hallar keçirdim. Ondan sonra özümə söz verdim ki, konsert etməyəcəm. Çünki həm konsert zəhmətdir, həm də orda travma yaşadım. Bir qohumum var idi, qızıl dükanı işlədirdi. Gətirib mənə çox bahalı bir qolbaq verdi ki, bunu konsertdə istifadə et, reklam olunsun. Mən də razılaşdım. Mənim üçün 1996-cı ildə 100.000 ABŞ dolları böyük məbləğ idi. Konsert başlamağa az qalıb, gördüm ki, qolbaq qolumda yoxdur. Böyük stress yaşadım. Səhnəyə çıxmaq istəmədim. Düşündüm ki, onun pulunu necə qaytaracam. Mən axı niyə bu qolbağı götürdüm? Bu kimi suallarla özümü danladım. Uzun zaman o stressi yaşadıım”.
Əntiqə
Digər Xəbərlər
18 Iyul 2026 19:00
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
18 Iyul 2026 18:00
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - FOTO
18 Iyul 2026 16:19
Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - VİDEO
17 Iyul 2026 18:07


Bakı -°C

