adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Oktyabr 2021 13:11
643
ELM VƏ TƏHSİL
A- A+

DİM sədri özəl kursları tənqid etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.

Adalet.az  xəbər verir ki, DİM sədri valideynlərin internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə biləcəklərini deyib.

O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər:

“Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imatahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edirik, nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

 

İLTİFAT