adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Oktyabr 2021 15:41
1169
GÜNDƏM
A- A+

Müharibənin mühüm strategiyası: Erməni dilini bilməyin üstünlükləri!

O gün sosial şəbəkələrin birində Azərbaycan Ordusunun kapitanı Elçin Zeynalovun video-söhbətinə tamaşa etdim. Cəsur kapitan danışdıqca, səngər yoldaşlarını, silahdaşlarını, xüsusəndə şəhidlərimizi xatırladıqca göz yaşlarına boğulur, yəqin ki, məndən başqa onu dinləyən olubsa, mütləq  onu da göz yaşlarına boğub. Yəni söhbətə həyəcansız, göz yaşısız baxmaq ürək istərdi.

Şəxsən mən söhbətin başından sonuna qədər göz yaşlarımı saxlaya bilmədim. Amma yadımdadır ki, Kapitan bir epizodu danışanda gözümün yaşı qurudu, əllərim düyünlənib yumruğa döndü, ürəyim çırpınmağa başladı. Çünki bir əskiyimiz olduğunu anladım. Nə idi o "əskik"?

Elçin danışırdı ki, səngərdə 10 yaxın əsgərlə qalmışdıq:" Bizi əvəzləyəcək əsgərlərin gəlməyinə xeyli vardı.

 

Elə bu anda üzərlərində Azərbaycan bayrağı olan 7 tank bizim səngərlərə yaxınlaşdı. Qəribə idi, qərargahdan bu haqda məlumat   gəlməmişdi. Bəs bunlar kim idi? Tankın üstünə bizim geyimimizdə bir əsgər çıxıb üzünü biz tərəfə tutub dedi: Ay qaqaş, qorxmayın, biz yad deyilik, sizinkiyik! Bax, buda bayrağımız!Ləhcə, dil o qədər qüsursuz idi ki, hamımız inandıq. Başımızı səngərdən çıxarıb yerimizi bəlli edəndə, tankların hamısı bir anda bizi  mərmi atəşinə tutdu. 7 -8 əsgərimizin vücudu bir anda havaya sovruldu, parça-tikə oldu. Bizi ləhcəsiz, aksentsiz “dil” aldatmışdı”.

 

Ermənilərin 50-60 faizi Azərbaycan dilini bilir 

 


 Bu epizodda erməninin məkrli planına və o məkrin “işləməsinə” çox təəssüfləndim kədərləndim, eyni zamanda əsəbləşdim.
 Əvvəlcə onu deyim ki, hələ 2014-cü ildə mütəxəssislər bildirirlər ki, erməni jurnalistlərin sanki tam olaraq Azərbaycan dilini bildiklərini, bizim Azərbaycan dilində olan mətbuatı hər an izlədikləri nəticəsinə gəlmək olar.
Azərbaycan mediası isə ermənilərin rus və ingilis dilində olan mətbuatını izləyə bilir. Səbəb sadədir. Azərbaycanda erməni dilini bilənlər çox azdır.
 Hətta həmin ili Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, açıqlamasında belə bir fikir söyləmişdi: Ermənistanda həqiqətən Azərbaycan türkçəsi və Türk dilini bilməklə bağlı problem yoxdur. Hətta bu sahədə çalışmalarda bir rəqabət var. Orada çox güclü türkoloqlar ordusu var. Türkiyə və Azərbaycanda baş verən prosesləri təqib etmək, öyrənmək üçün dili bilmək imkanlarından yaxşı istifadə edirlər. Azərbaycan və Türkiyə ilə bağlı araşdırma yazılarını, ümumiyyətlə bizə yönəlik verilən reaksiyaları oxuyarkən bunun şahidi oluruq ki, ermənilər bizi bizdən yaxşı bilirlər.
Amma ermənilər bununla da kifayətlənmirlər, universitet və ayrıayrı qurumlarda Azərbaycan dilini gənclərinə də öyrədirlər. Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolu oynayır. Burada dil öyrənməklə yanaşı gəncləri “Azərbaycanşünaslıq” və “Türkşünaslıq” üzrə mütəxəssis kimi hazırlayırlar. Çoxsaylı Araşdırma Mərkəzlərində də anoloji fəaliyyət var”.
Qafar Çaxmaqlının fikrincə, ermənilər Azərbaycan dilini öyrənməyi uzağagedən hədəf kimi qarşıya qoyublar: “Ermənistanda Azərbaycan dili təkcə universitetlərdə tədris olunmur. Hələ mən təhlükəsizlik orqanlarını demirəm. Ermənilər bizi uzunmüddətli "düşmən" saydıqlarından qarşıya uzaqmüddətli hədəflər qoyublar. Onlar bunu hesablayırlar ki, “bir vaxt gələcək, türk dili bilənlərin sayı azalacaq”. Ona görə də indidən tədbir görürlər”.

 

Ermənilər Azərbaycan dilini 2013-cü ildən ali məktəblərdə tədris edir

 


 
 Düşmənin dilini bilmək bizə hansı üstünlüklər qazandıra bilər?-deyə düşünərkən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatem Cabbarlının media resurslarında “düşmənin dilini bilməyin çox mühüm bir faktor olduğunu” deməsini xatırlayıram : Ermənilər (2013-cü ildə- red- Ə.R) Azərbaycan dili tədris vəsaiti hazırlayıb və hazırda həmin vəsait universitetlərdə tədris olunur. Azərbaycanda BDU və Slavyan universitetlərində erməni dili tədris edilir, bir neçə il əvvəl Xəzər universitetində də bu dildən dərs demişəm və tələbələrin dərsə olan marağını gördüm. Bu kitab onlar üçün ciddi mənbə olacaqdır. Bu günə qədər Azərbaycanda erməni dili ilə bağlı tədris vəsaiti yazılmayıb və bu bir ilkdir. Düşmənimizin dilini öyrənmək əlbəttə vacibdir. İstər dövlətin təhlükəsizliyi baxımından, istərsə də tarix elminə yeni yanaşma baxımından erməni dilini bilmək lazımdır.  
"Erməni dilini bilmək bəlli kəsim(Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti akademiyalarında tələbə və müdavimlər üçün) insanlara lazımdır. 
Bildiyiniz kimi, Sarksiyan, Koçaryan, Ohanyan və yüzlərlə erməni rəhbərləri Azərbaycan dilini bilirlər. Ermənistan əhalisinin 40-50 faizə qədəri də bizim dilimizdə danışmağı bacarır. Hətta bu ölkədə erməni dilindən sonra Azərbaycan dili ikinci dildir desək, yanılmarıq. Bir “F” səsindən başqa hər şeyi də düzgün tələffüz edirlər.  
Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb. Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub.

Bəli, bizim erməni kimi əbədi və eyni zamanda məkrli bir düşmənimiz var. SSRİ rəhbəri Stalin II dünya müharibəsi davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş vermişdi.

Düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır. Uşaqdan böyüyə qədər!


 Əntiqə Rəşid