Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayonunun Şüvəlan qəsəbə Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “Səma” rəqs ansamblının təqdimatında “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert proqramı təşkil olunub.
Konsertdə “Səma” rəqs ansamblının ifasında Azərbaycanın, eləcə də müxtəlif dünya xalqlarının rəngarəng milli rəqsləri nümayiş olunub.
Tədbirdə çıxış edən 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblının yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirib. Günay Əfəndiyeva kollektivin bədii rəhbərliyini və üzvlərini peşəkar ifaları münasibətilə təbrik edərək bildirib: “Bu gün bu səhnədə uşaqlarımız hər bir rəqs nömrəsini böyük sevgi ilə nümayiş etdirdilər. Bu sevgi əslində öz mədəniyyətinə, öz incəsənətinə, öz milli dəyərlərinə olan sevgidir. Eyni zamanda uşaqlarımızın həm də digər xalqların mədəniyyətinə hörmət ruhunda yetişməsinin, ümumbəşəri dəyərlərə bağlılığının bir ifadəsidir”.
Deputat bu cür yaradıcılıq layihələrinin davamlı olmasının gənc nəslin milli irsə sahib çıxmasına, Azərbaycanın mədəni inkişafına töhfə verdiyini vurğulayıb.
Günay Əfəndiyeva “Səma” rəqs ansamblına yaradıcılıq uğurları arzulayıb və kollektivin gələcək mədəni təşəbbüslərinə dəstəyini ifadə edib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri S. Məmmədova, Ş. Cəbiyeva çıxış edərək, belə mədəni tədbirlərin gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılmasında, milli-mənəvi dəyərlər ruhunda formalaşmasında əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda birgə xatirə şəkli çəkilib.
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

