2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
Adalet.az xəbər verir ki, bugünlərdə , yəni bu ilin dekabr ayının ikinci ongünlüyünün tamamında Peşəkar Mühasib Təşkilatı - Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə 2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib.
Tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumlar, xarici peşəkar mühasib təşkilatları və onların nümayəndələri, APFM-in Korporativ və fərdi üzvləri - 200-dən çox təşkilatın maliyyə menecerləri və peşəkar mühasibləri iştirak ediblər.
Öncə xüsusi hazırlanmış videoçarx göstərilib. Nümayiş etdirilən həmin videoçarxda APFM-in 2025-ci ildə fəaliyyəti və əldə etdiyi nailiyyətləri əks etdirilib.
APFM ailəsinin fəxri üzvü- akademik Ziyad Səmədzadə açılış nitqi ilə çıxış edərək APFM üzvlərini və xarici qonaqları salamlayaraq keçirilən tədbirin əhəmiyyətini açıqlayıb.
İştirakçılara APFM-in üzv olduğu ICB/ICFM Global təşkilatının prezidenti- Qarri Karter tərəfindən göndərilmiş təbrik də həmin videoçarxla çatdırılıb.
Daha sonra tədbirin ən gözlənilən anı – 2-ci APFM AWARDS mükafatlandırma mərasimi başlayıb. Mükafatları APFM-in idarə heyətinin sədri Nuriyyə Novruzova təqdim edib. Bu mükafat maliyyəçilərin maliyyə və mühasibatlıq sahəsində göstərdikləri yüksək peşəkarlığın, məsuliyyətli fəaliyyətin, etik prinsiplərə sadiqliyin və peşəkar standartların inkişafına verdikləri töhfələrin bariz göstəricisidir.
Ənənəvi olaraq hər ilin sonunda keçirilən bu tədbir yeni uğurlar üçün güclü motivasiya kimi gələcəkdə də maliyyə peşəsinin nüfuzunun yüksəlməsinə, iqtisadi sabitliyə və dayanıqlı inkişafa öz töhfəsini verəcəkdir.
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

