adalet.az header logo
  • Bakı -°C
26 Dekabr 2025 15:39
70
İDMAN
A- A+

“Fənərbağça” Salahın meneceri ilə danışıqlara başladı

Türkiyənin “Fənərbağça” klubu mövsümün sonunda İngiltərənin “Liverpul” komandasından ayrılacağı gözlənilən Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.

Adalet.az “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin misirli hücumçunun meneceri ilə bir müddətdir danışıqlar apardığı bildirilib.

Məlumata görə, Salahın “Liverpul”dan ayrılacağı rəsmiləşəcəyi təqdirdə, “Fənərbağça” rəhbərliyi futbolçunu komandaya gətirmək üçün bütün zəruri addımları atmağa hazırdır.

33 yaşlı forvardla razılıq əldə olunmasa belə, klub gələn mövsüm üçün bu səviyyədə başqa bir ulduz oyunçunu heyətinə qatmağı planlaşdırır.