Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
Qədir Rüstəmovun anadan olmasının 90 illiyi ilə əlaqədar anım tədbiri Xəzərin “beş addımlığında” - Beynəlxalq Muğam Mərkəzin keçrilsə də, tədbir sanki Ağdamda idi – dekabrın 19-da Ağdam ətrinə qərq olmuşdu bu sənət ocağı. Zala girərkən tanış simalar, mehriban çöhrələr adamı Ağdamın işğala qədər ki, dövrünə aparırdı. Seyid Lazım Ağalı, Qədirli, Rəmişli Ağdama...
Gecənin aparıcısı yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqi olan Qədir Rüstəmovun böyüdüyü mühit, sənətdə atdığı addımlar, keçdiyi həyat yolu, ona uğur qazandıran və sevdirən ifa tərzi, bənzərsiz istedadı, qeyri-adi xarakteri haqqında ətraflı məlumat verdi.
Anım gecəsində yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın, yazıçı Seyran Səxavətin tam səmimiyyətdən yoğrulmuş çıxışları işğaldan əvvəlki Ağdamlı günlərin xatirəsinə nur ələdi. Tamaşaçılar bu dəyərli qələm sahiblərinin çıxışlarının şirinliyindən, duzlu-məzəli söhbətlərin bitməsini istəmədi. “Qarabağın maralı”, “Apardı sellər Saranı”, “Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər”i və s. mahnıları bənzərsiz ifa edən Qədir Rüstəmov haqqında xatirələri xoş ovqat yaratdı.
Əməkdar incəsənət xadimi Çingiz Abbasovun, xanəndənin sənət dostu, tarzən Aydın Mehrəliyevin xatirələri də maraqla dinlənildi. Qarabağ sevdalı jurnalist Fəxrəddin Hacıbəylinin Qədir Rüstəmovun İstanbuldakı “Acıbadem” Xəstəxanasındakı ömrününü son anları bağlı xatirələri tədbir iştirakçılarına kövrək hisslər yaşatdı.
Əməkdar artistlər İlkin Əhmədovun, Sevinc Sarıyevanın, Elnur Zeynalovun, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradovanın, Mustafa Mustafayevin, Yusif Cəfərbəylinin, Murad Laçının ifaları, Əməkdar artist Azad Şükürovun Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirməsi anım tədbirinin gözəlliyinə rəng qatdı, tədbir iştirakçılarında xoş duyğular yaratdı.
Hikmət Xudiyev
Digər Xəbərlər
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11
Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
30 Mart 2026 21:10
Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI
30 Mart 2026 14:30
Rasim Balayev dəfn edildi - YENİLƏNİB
30 Mart 2026 10:37
Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40


Bakı -°C

