Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər.
Adalet.az xəbər verir ki, bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur.
Digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir.
Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır.
Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur.
Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.
Digər Xəbərlər
26 Dekabr 2025 15:23
Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib
26 Dekabr 2025 13:47
Xıdırlıya daha 64 ailə köçürüldü
26 Dekabr 2025 12:35
Bəzi rayonlara qar yağacaq, Bakıda isə... - Şənbə gününün HAVASI
26 Dekabr 2025 12:26
Bu uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir
26 Dekabr 2025 11:36
Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış dəyişdirilir
26 Dekabr 2025 10:31
Bu rayonlara qar yağıb - Faktiki hava
26 Dekabr 2025 09:44
Arzu Əliyevadan "Təmiz Dünya" sığınacağından PAYLAŞIM
25 Dekabr 2025 18:08


Bakı -°C

