Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək
"Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
"Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən də minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Belə ki, bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir”, - deyə nazir bildirib.
Digər Xəbərlər
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 16:19
Deputatlar gələn həftə tətilə çıxır
26 Dekabr 2025 15:25
"Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" - Ceyhun Bayramov
26 Dekabr 2025 13:26
Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı açıqlandı
26 Dekabr 2025 11:41


Bakı -°C

