adalet.az header logo
  • Bakı -°C
26 Dekabr 2025 10:52
74
DÜNYA
A- A+

Türkiyədə yenidən qanunsuz mərc oyunları ilə bağlı həbslər başladı

Türkiyənin futbol sektorunda çalışanların qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı istintaq çərçivəsində 11 vilayətdə yeni əməliyyat keçirilib.

Adalet.az xəbər verir ki, əməliyyatın gedişində 14-ü futbolçu olmaqla 24 nəfər saxlanılıb. Saxlanılanların arasında “Qalatasaray” futbol klubunun keçmiş rəhbərlərindən olan ( “Galatasaray Sportif AŞ” prezidentinin müavini) Erden Timur da yer alır.

Faktla bağlı istintaq davam edir.