Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının oktyabrın 25-i keçirilən IX növbədənkənar Qurultayı ilə bağlı müraciətə cavab verib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının 25 oktyabr tarixində keçirilmiş IX növbədənkənar Qurultayının sənədləri tərəflərindən baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib: “Nazirlik müraciətimizə baxıb və sənədlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1.-ci maddəsinə müvafiq olaraq düzgün tərtib olunmadığı və mübahisəli məqamlar olduğu üçün geri qaytarılıb.
Qurultaydan keçən dövr ərzində Partiyanın əksər rayon (şəhər) təşkilatlarının sədrləri legitim olmayan İdarə Heyətinin qərarları (bir çox hallarda isə ümumiyyətlə heç bir qərar və əsas olmadan) ilə partiya üzvlüyündən azad olunur və 5-10 nəfər kənar şəxslərin iştirakı ilə yeni konfranslar keçirilərək sədrlər seçilir (təyin olunur). Bununla məqsəd tələsik şəkildə yeni nümayəndələrlə partiyanın növbəti qurultayının keçirilməsidir.
Partiyanın Nizamnaməsinə əsasən, növbədənkənar qurultay əvvəlki qurultay nümayəndələrinin tərkibində çağrılmalıdır. Başqa sözlə, fərqli nümayəndələrlə keçiriləcək qurultay Nizamnamə pozuntusudur və qeyri-legitimdir. Qurultaydan öncə və sonra partiyanın rəhbər orqanlarının qərarlarının legitimliyi ilə bağlı məsələlərin araşdırılması üçün faktlar bir neçə rayon təşkilatının və Ali Məclis üzvlərinin təqribən yarısının adından Ədliyyə Nazirliyinə iki məktubla təqdim olunub. Həmçinin partiya sıralarından qanunsuz olaraq çıxarılmış rayon təşkilatı sədrlərinin bir qrupu partiyanın qərarından məhkəməyə müraciət edib. Partiyanın rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması üçün hüquqi müstəvidə fəaliyyətlərini davam etdirirlər”.
Qeyd edək ki, AVP-nin oktyabrın 25-də keçirilən qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi nəticəsində partiyada qalmaqal yaşanıb. Belə ki, partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

