adalet.az header logo
  • Bakı -°C
26 Dekabr 2025 10:39
71
DÜNYA
A- A+

Zelenski Trampla görüşə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına gedə bilər.

Adalet.az xəbər verir ki, bu barədə “Kiyev Post” diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Onun yaxın günlərdə ABŞ rəhbərliyi ilə çox vacib danışıqlar aparmaq üçün Floridaya səfər etməsi gözlənilir. Əgər hər şey plan üzrə gedərsə, səfər dekabrın 28-də baş tuta bilər”, - məlumatda qeyd olunub.