Leyla Əliyeva Yevlaxda uşaqlara Yeni il şənliyi təşkil etdi - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün Yeni il tədbiri keçirilib.
IDEA-dan Adalet.az-a bildirilib ki, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicəyə və qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlərin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi təşkil olunur.
Digər Xəbərlər
26 Dekabr 2025 20:28
Prezidentin qızları və gəlini şəhid övladları ilə bayram şənliyində - FOTOLAR
26 Dekabr 2025 19:05
"Mən qocalmışam, sizin kimi deyiləm" - Prezidentin səmimi dialoqu - VİDEO
26 Dekabr 2025 17:55
Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşdü - FOTOLAR
26 Dekabr 2025 17:15
Moped sürənlərin nəzərinə: 3 ay sonra...
26 Dekabr 2025 15:32
Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər
26 Dekabr 2025 15:23
Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib
26 Dekabr 2025 13:47
Xıdırlıya daha 64 ailə köçürüldü
26 Dekabr 2025 12:35


Bakı -°C

