adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 15:27
474
SAĞLAMLIQ
A- A+

Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA

Uşaqları koronavirusdan qorumaq üçün onların rejiminə, düzgün qidalanmalarına diqqət edilməlidir.

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "İnstagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də qış fəslinə daxil olduğumuz bir dövrdə uşaqlarda immunitetin zəifləməsi baş verir: "Bu, məktəblərin, bağçaların açıldığı dövrə təsadüf etdiyindən təmaslar da çox olur. Uşaqları qorumaq üçün düzgün, balanslı qidalanmaları təmin edilməlidir. Mədə-bağırsaq sisteminin, yuxu rejiminin pozulmasının qarşısı alınmalıdır. Həmçinin, ailə mühiti qənaətbəxş olmalıdır. Uşaqlar stressə az məruz qalmalıdır. Körpələr 6 aya qədər müstəsna ana südü ilə bəslənməli, 6 aydan sonra isə qida əlavələri ilə yanaşı, ana südü verilməlidir".