“Tehran Pekinin İrana dəstəyinin artırılmasını istəyir...” – Politoloq
İranın xarici işlər naziri Abbas Əraqçının sentyabrın 16-da Çinə səfəri məhz bununla əlaqəli idi. Abbas Əraqçı çinli həmkarı Vanq Yi ilə müxtəlif mövzularda müzakirələr apardı. Bu Abbas Əraqçının bu il ərzində Çinə ikinci səfəri idi. Bundan əvvəlki səfər bu ilin may ayında olub. Abbas Əraqçı Van Yi ilə görüşdə Tehranın Vaşinqtonla əvvəlki razılaşmaya qayıtmağa hazır olduğunu bildirib. Halbuki, İranın digər rəsmiləri Vaşinqtonla razılaşmanın qüvvədən düşdüyünü söyləyiblər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Çin bölgədə müharibənin əleyhinədir və Tehranla Vaşinqton arasında bütün məsələlərin danışıqlar yoluyla həllini istəyir:
“Çünki, ABŞ-İran qarşıdurması Çinin bölgədəki iqtisadi maraqlarına toxunur. Birincisi, müharibə Çinin “bir kəmər, bir yol” layihəsinin Yaxın Şərq hissəsinə təhlükə yaradıb. İkincisi, Çinin İran və Körfəz ölkələrindən neft alışı çətinləşib. Müharibənin Yəmən üzərindən Bab əl-Məndəb boğazına uzanması bölgədə yeni gərginlik ocağı yaradıb ki, bu da Çinin bölgədəki iqtisadi maraqlarına mənfi təsir edir. Pekinə bəllidir ki, Yəməndəki husilər İranla əlaqəlidirlər. Ona görə də böyük ehtimalla Çin və İran xarici işlər nazirlərinin Pekindəki görüşündə husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin qarşısının alınması mövzusu da müzakirə edilib. Van Yinin Abbas Əraqçı ilə görüşdə “biz müharibənin Yəmənə və Qırmız dənizə yayılmasını istəmirik” ifadəsi də bundan xəbər verir. Ancaq Abbas Əraqçı Van Yiyə bu məsələylə bağlı vəd versə də, husilərin hücumlarını dayandırması İran xarici işlər nazirinin səlahiyyətində deyil.Çin hər iki boğazda tankerlərin və digər yük daşıyan gəmilərin maneəsin hərəkət etməsinin tərəfdarıdır”.
Politoloq bildirib ki, ancaq İrana nəzarət edən SEPAH komandanlığı və Yəməndəki husilər fərqli düşünürlər:
“İran Hörmüz boğazıyla bağlı uzun müddətdir digər sahil dövləti Omanla uzun müddətdir danışıqlar aparır. Danışıqlarda nəticə yoxdur. Çünki, İrandan fərqli olaraq Oman tankerlərin boğazdan istifadələrinə görə maliyyə ödəmələrinin əleyhinədir.Van Yi Abbas Əraqçı ilə görüşdə Yaxın Şərqdəki təhlükəsizlik sisteminin islah olunmasına və gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Yaxın Şərqdə ümumi təhlükəsizlik sistemi yoxdur, bəzi dövlətlər arasında ittifaqlar mövcuddur ki, bu, bölgəni daha təhlükəsiz vəziyyətə gətirmir. Yaxın Şərqdə təhlükəsizlik sisteminin formalaşması ona görə mümkün deyil ki, birincisi, Fələstin problemi həll olunmayıb, ikincisi, İranın Körfəz ölkələri ilə maraqları fərqlidir, üçüncüsü, SEPAH bölgə ölkələrində mərkəzi hakimiyyətin nəzarətin kənar silahlı qruplara dəstəyini dayandırmır. Bu səbəbdən Pekinin Yaxın Şərqdə ümumi təhlükəsizlik sisteminin formalaşması indiki şərtlər altında mümkün deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Sentyabr 2026 17:21
Ceyhun Bayramov Casurbek Çoriyevi qəbul edib
17 Sentyabr 2026 17:09
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
17 Sentyabr 2026 16:40
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq” - İlham Əliyev
17 Sentyabr 2026 16:07
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 14:09
Deputat universitetdən qovulan tələbəni belə müdafiə etdi
17 Sentyabr 2026 13:35
"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir" - Prezident
17 Sentyabr 2026 13:21
"Bu məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir" - İlham Əliyev
17 Sentyabr 2026 13:21


Bakı -°C

