Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında layihəyə veto qoyublar.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ tərəfindən hazırlanan qətnamə layihəsinin lehinə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i səs verib.
Somali və Pakistan səsvermədə bitərəf qalıblar.
Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampı ABŞ qoşunlarını İrana qarşı hərbi əməliyyatlardan çıxarmağa çağıran tövsiyə xarakterli qətnamə qəbul etmişdi. Sənəd ölkəni, eləcə də onun müttəfiqlərini və tərəfdaşlarını hücumdan qorumaq üçün ABŞ qüvvələrinin saxlanılmasına icazə verir.
Digər Xəbərlər
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04
“Bu, təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb etmir” - Paşinyan
17 Sentyabr 2026 18:00
İkiqat Olimpiya çempionu olan deputat öldü
17 Sentyabr 2026 17:44


Bakı -°C

