adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 17:44
46
DÜNYA
A- A+

Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürülə bilər

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyi sonuncu dəfə irəli sürülə bilər.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib. 

O, növbəti prezident və parlament seçkilərinin tarixinin 7 may 2028-ci il olduğunu, lakin Türkiyə Böyük Millət Məclisinin (TBMM) seçkilərin yenilənməsi barədə qərar qəbul edəcəyi təqdirdə, səsvermənin daha erkən, mart, yaxud aprel aylarında keçirilə biləcəyini bildirib.

Uçum bu xüsusda prezident seçkilərinin 16 aprel 2028-ci ilə təyin edilməsinin təklif olunduğunu və bunun simvolik əhəmiyyət kəsb edə biləcəyini bildirib. 

Onun sözlərinə görə, həmin tarix 2017-ci ildə prezidentlik sisteminə keçidlə bağlı referendumun tarixidir və simvolik əhəmiyyətə malikdir. 

Rəcəb Tayyib Ərdoğanın namizədlik məsələsinə aydınlıq gətirən Uçum söyləyib ki, Ərdoğanın siyasi baxımdan namizədliyi dəqiqləşib, lakin hüquqi baxımdan namizədliyin növbəti dəfə irəli sürülməsi TBMM-in seçkilərin yenilənməsi ilə bağlı müvafiq qərar verməsi ilə mümkün olacaq. Belə ki, Türkiyə qanunvericiliyinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident bir dəfə də namizəd ola bilər.