adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 10:50
694
DÜNYA
A- A+

İranın benzininə kiber hücum edildi - FOTO

İranda yanacaqdoldurma mərkəzlərinin sistemlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib.

"Adalet.az" bildirir ki, bu səbəbdən dünən İranda yanacaqdoldurma mərkəzlərinin fəaliyyəti iflic olub.

Paytaxt Tehranda, habelə ölkənin digər iri şəhərlərindəki mərkəzi küçələrdəki reklam bilbordlarında "Xamenei, benzinimiz hanı?" tipli şüarlar yerləşdirilib.

İranın rəsmi dövlət qurumları və mass-mediası yaşanan kollapsın genişmiqyaslı kiberhücumla bağlı olduğunu vurğulasa da, sonradan rəsmi ritorika dəyişib, "müvəqqəti problemlər texniki nasazlıqla bağlıdır" formasını alıb.

Xaricdən həyata keçirildiyi bildirilən bu kiberhücum nəticəsində yanacaqdoldurma yerlərində uzun növbələr yaranıb.

Ekspertlərin dediklərinə görə, İran İslam Respubliksındakı yanacaqdoldurma stansiyalarının (YDS) fəaliyyətində yaranmış problem gerçəkdən də, haker hücumu ilə bağlıdır.

Problemi ağırlaşdıran digər məqam isə odur ki, işləməyən YDS-lərin tam əksəriyyəti vətəndaşlara dövlət büdcəsindən ödənilən subsidiyalarla benzin verilən məkanlardır.

Subsidiya kartları bu YDS-lərdə işləmir. Belə ki, kartlar ödəniş terminalına daxil ediləndə səhv barədə məlumat verilir, sonra "Cyber ​​Attack 64411" yazılır.

İran iqtisadiyyatının ən mühüm sahələrində sürəkli olaraq ciddi kiberhücumlarla üzləşir. Rəsmi Tehran bu hücumlarda İsrailin xüsusi xidmət strukturlarını suçlayır.

AYXAN