SON DƏQİQƏ:

Qəzəbli azarkeşlər Emrelini "yıxıb-sürüdü" - İttihamlar

  825   |  
Şriftin ölçüsü  

Ötən gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasının 12-ci turunda darmadağınla üzləşib. 

Varşava təmsilçisi səfərdə “Pyast”a 1:4 hesabıyla uduzub. 

Klubun "Legia.net" portalı görüşlər bağlı paylaşım edib. Komandanın azarkeşləri isə şərh bölməsində demək olar ki, yalnız həmyerlimiz Emreli barədə yazıblar.

Sözügedən görüşdə 3 real qol vəziyyətində vurduğu topların dirəyə dəyməsi fanatları özündən çıxarıb. 

Azarkeşlərin fikirlərini təqdim edirik: 

- "Boş qapı önündə Emrelidən inanılmaz "dəqiqlik" görürük. 2 dəfə ard-arda qapı dirəyinə top vurur.  Ayıbdır. Məğlub olmağa layiq deyilik, amma Mahir yenə də oyunu korladı. Bu adam açıq-aşkar oyuna qeyri-ciddi yanaşır".

- "İstənilən hücumçu bu şansı dəyərləndirərdi, Mahir isə bundan qorxdu".

- "Mahir, dostum, özünü ələ al. Bu gedişlə Avropaya çıxa bilməyəcəksən!"

- "Emreli məşqlərə gəlmir, Dariuş Mioduskinin (klub prezidenti) onu qoruduğunu bildiyi üçün həmişə kinayə ilə gülür. Özündən çox razıdır".

Azarkeşlərdən biri isə "Legiya"nın əsas heyət oyunçusunun dostu ilə oyuna baxdığını və ondan aldığı məlumatları bölüşüb:
* Klubun prezidenti Dariuş Mioduski və baş məşqçisi Çeslav Mixneviç arasında böyük münaqişə var.
* İki həftə əvvəl Mahir Emreli məşqə gəlmədiyi üçün heyətdən uzaqlaşdırılmalı idi. Dariuş Mioduski bunun qarşısını aldı.
* Napolidəki matçdan sonra Lirim Kastrati paltardəyişmə otağında Enzu və Mateuşa Vetesku ilə dava etdi.
* Emreli əvvəldən “Napoli”yə qarşı oynamaq istəmirdi və ümumiyyətlə meydana çıxmaq niyyətində deyildi".

- "Emreli dirəyə 5 metrdən 2 dəfə zərbə endirib buna gülən axmaqdır".

- "Mahirin bir çox keyfiyyəti var, tamamlama istisna olmaqla".

Azarkeşlərin şərhlərinin bir çoxunda Mahirə "dirək" ləqəbi ilə müraciət olunub. 

Xatırladaq ki, "Legiya" növbəti oyununu Polşa Kuboku çərçivəsində səfərdə "Svit Skolvin" klubuna qarşı keçirəcək.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK